"Beşiktaş"ın müdafiəçisi İtaliyada oynaya bilər

17:17 - 27 Dekabr 2022

Türkiyənin "Beşiktaş" klubu qış transfer pəncərəsi zamanı Valentin Rozyerlə vidalaşa bilər.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı sol cinah müdafiəçisinin karyerasını İtaliyada davam etdirəcəyi gözlənilir. İtaliya mətbuatının yazdığına görə, "Montsa" fransalı futbolçunu transfer etmək istəyir. A Seriyası təmsilçisi İstanbul klubuna rəsmi təklif göndərməyə hazırlaşır.

 

Qeyd edək ki, "Beşiktaş" Valentin Rozyeri bu ilin yayında "Sportinq"dən 4 milyon avro qarşılığında transfer edib. O, cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 15 matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti