"Səbail"də baş məşqçi istefası gerçəkləşib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mahmud Qurbanov tutduğu vəzifəsindən istefası ilə bağlı klub rəhbərliyinə müraciət edib.
Onun ərizəsi Müşahidə Şurası tərəfindən qəbul olunub.
Xatırladaq ki, Qurbanov yayda paytaxt klubuna baş məşqçi təyin edilmişdi.
