Argentina millisinin baş məşqçi postunda dəyişiklik edilməyəcək.
Sportal.az “TyC Sport”a istinadən xəbər verir ki, Lionel Skaloni yığmanı çalışdırmağa davam edəcək.
Bunu Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapia bildirib.
O, yerli mətbuata açıqlamasında belə danışıb: "Skaloni Argentina millisinin baş məşqçisidir.
Biz ikimiz də sözümüzün üstündə dayanan adamlarıq. Biz şifahi razılaşdıq”.
