"Mançester Yunayted" qapıçısına yeni müqavilə təklif etdi

19:17 - 27 Dekabr 2022

"Mançester Yunayted" qapıçısı David de Xeanı buraxmaq niyyətində deyil.

Sportal.az "The Times"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı qapıçıya yeni müqavilə təklif edib.

Tərəflər artıq danışıqlara  başlayıb.

İlkin məlumata görə, tərəflər arasında ilkin razılıq əldə olunub.

​Təcrübəli qolkiperin “Mançester Yunayted”lə müqaviləsi 2023-cü il iyunun 30-na qədərdir. 32 yaşlı futbolçu 2011-ci ildə “Atletiko”dan “Mançester Yunayted”ə keçib.

Xəbər xətti