Azərbaycan yığmasından göndərilən məşqçi özünə yeni iş yeri tapdı - FOTO

19:34 - 27 Dekabr 2022

Azərbaycanın U-19 yığmasının sabiq baş məşqçisi Miloş Velebit özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis Asiyada çalışacaq.

Daha dəqiq desək, Velebit Tayland Futbol Federasiyası ilə anlaşıb.

Bu barədə Velebit saytımıza özü məlumat verib. 

Miloş Taylandın U-18 yığmasını çalışdıracaq.

Xatırladaq ki, AFFA U-19 yığmamıza başçılıq etmiş serbiyalı ilə müqavilə müddətini artırmamışdı.

Xəbər xətti