"Atletiko"dan "Çelsi"yə

19:59 - 27 Dekabr 2022

"Çelsi" "Atletiko"nun hücumçusu Joao Feliksi heyətinə qatmaq istəyir.

Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, London klubunun yeni sahibi Todd Bouli komandasının mövsümün ikinci yarısında daha güclü heyətə malik olmasını istəyir.

Feliksin özü qışdan sonra “Atletiko”da qalmaq niyyətində deyil. 

23 yaşlı futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-da başa çatacaq.

Xəbər xətti