Paytaxt təmsilçisinin futbolçusu İtaliyaya yollanacaq

20:59 - 27 Dekabr 2022

"Salernitana" "Tottenhem"in yarımmüdafiəçisi Pape Matar Sarr üçün hərəkətə keçib.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, A seriyası təmsilçisi adıçəkilən futbolçu üçün London klubu ilə danışıqlara başlayıb. 

“Tottenhem”in futbolçusunun "Sevilya"nın da maraq dairəsində olduğu iddia edilir. Sarr Seneqal millisinin heyətində DÇ-2022-nin iştirakçısı olub. 20 yaşlı futbolçunun transfer qiyməti 15 milyon avrodur. 

İtaliyalılar bundan əvvəl Meksika millisinin qapıçısı Gilyerme Oçoa ilə anlaşıb. 
 

 

Xəbər xətti