Argentina millisinin üzvü Messi ilə ilk görüşü haqda: "Çox narahat idim, əllərim titrəyirdi"

21:19 - 27 Dekabr 2022

Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister Lionel Messi ilə ilk dəfə necə tanış olduğunu açıqlayıb.

Sportal.az xəbər verir ki, “B/R Football”a açıqlama verən “Brayton”da oynayan yarımmüdafiəçi millinin ulduzu barədə danışıb:

"Çox əsəbi idim, əllərim titrəyirdi. Mən çox utancaq adamam, ona görə narahat idim. Amma sonra onun nə qədər təvazökar olduğunu anladım. Biz gələndə o, təzəcə nahara başlamışdı. Mən salam vermək üçün masaya tərəf yaxınlaşdım. Əllərim titrəyirdi, tərləmişdim. Amma gözəl anlar idi".

Makallister Argentina millisinin heyətində dünya çempionatında altı oyun keçirib. 

 

Xəbər xətti