"İnter"in müdafiəçisi üçün dörd variant

22:19 - 27 Dekabr 2022

"İnter"in müdafiəçisi Stefan de Vrey komandasını dəyişə bilər.

Sportal.az “Voetbal International”a istinadən xəbər verir ki, niderlandlı ilə “Atletiko”, “Tottenhem”, “Marsel” və “Feyenoord” maraqlanır. 

“İnter”lə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq De Vrey özü Milanı tərk etmək istəyir. 

Əslində, 30 yaşlı futbolçu komandada qalmağın əleyhinə deyildi. Sadəcə klubun onun maaşını azaltmaq istəməsi futbolçunun fikrini dəyişib. 

Adıçəkilən futbolçu 2018-ci ildən "İnter"də çıxış edir. 

 

Xəbər xətti