"Şaxtyor" "Arsenal"ın təklifini geri çevirdi

10:43 - 28 Dekabr 2022

"Şaxtyor" "Arsenal"ın Mixailo Mudrik üçün ilk təklifini geri çevirib.

Sportal.az “ESPN”a istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı futbolçu üçün 65 milyon avro təklif edib: 40 milyonu dərhal, qalan 25 milyonu isə sonrakı ödənişlərlə. “Şaxtyor” isə Mudrik üçün 100 milyon avro tələb edir.

​"Arsenal" Ukrayna klubuna rəsmi təklif göndərən yeganə komandadır. Tərəflər arasında danışıqlar davam edir. Mudrik 2017-ci ildən "Şaxtyor"da çıxış edir. Ukrayna çempionatının bu mövsüm o, 18 oyun keçirib, 10 qol vurub və 8 assist edib. 

Xəbər xətti