"Mançester Yunayted"in hücumçusu Markus Reşford klub tarixində İngiltərə Premyer Liqasında ən çox qol vuran səkkizinci oyunçu statusuna yiyələnib.
Sportal.az xəbər verir ki, 25 yaşlı forvard Premyer Liqanın 17-ci turunun "Nottingem Forrest"lə görüşündə fərqlənib. Həmin qol ingilis üçün "qırmızı şeytanlar"ın heyətində 64-cü olub.
Bu göstəriciyə görə o, fransalı hücumçu Erik Kantonaya çatıb.
Reşfordu Ueyn Runi (183 qol), Rayan Giqqz (108), Pol Skoulz (107), Kriştiano Ronaldo (103), Rud van Nistelroy (95), Endi Koul (93) və Ole Qunnar Solşeri (91) qabaqlayır.
Qeyd edək ki, forvard “Mançester Yunayted” akademiyasının məzunudur. O, 2016-cı ildən əsas komandada çıxış edir.
