Keçmiş komanda yoldaşı Ronaldoya "Marsel"ə keçməyi məsləhət gördü

12:34 - 28 Dekabr 2022

“Marsel” və Portuqaliya millisinin veteran müdafiəçisi Rolando Kriştiano Ronaldoya Fransa klubuna keçməyi məsləhət görüb.

Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Rolando məsələ haqda bu cür danışıb: 

"Onun “Marsel”ə keçməsini istəyərdim. Özünüzü aldatmayaq, Ronaldo hələ də Ronaldodur. “Marsel” kimi komandaya keçsəydi, ən azı 10 qol vurardı. Əminəm ki, o, kluba yaxşı kömək edərdi. Təbii ki, istənilən yaxşı futbolçunun “Marsel”ə keçidini dəstəkləyəcəm. Amma mən də ona yaxşı hazırlaşmağı məsləhət görərdim, çünki ora asan yer deyil. “Marsel” təkcə matçlar zamanı deyil, günün 24 saatı futbolla yaşayan şəhərdir. Amma ora sehrli yerdir".

Rolando 2015-2019-cu illərdə “Marsel” forması geyinib. O, bundan savayı “Porto”, “Napoli”, “İnter”, “Anderlext”, “Braqa”da da oynayıb. 2009-2018-ci illərdə Portuqaliya millisinin üzvü olmuş veteran müdafiəçi yayda karyerasını başa vurduğunu açıqlamışdı.
 

Xəbər xətti