"Barselona"da qalmaq istəyir

13:34 - 28 Dekabr 2022

"Barselona"nın müdafiəçisi Serxi Roberto komandada qalmaq istəyib.

Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, 2023-cü il iyunun 30-da Kataloniya təmsilçisi ilə müqaviləsi başa çatan 30 yaşlı futbolçunun yeni müqavilə təklifi aldığı bildirilir.

Onun "Barsa" ilə müqavilə müddətini uzatmaq niyyətində olduğu deyilir.

Serxi Roberto bu mövsüm Primeroda 9 oyun keçirib və 2 qol vurub.

​"Barselona" yetirməsi olan 30 yaşlı futbolçu 2010-cu ildən əsas komandada çıxış edir.

Xəbər xətti