"Qarabağ"ın qolkiperi məşqlərə nə vaxt qayıdacaq?

14:22 - 8 Sentyabr 2024

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev mövsümün əvvəlində aldığı zədədən sonra reabilitasiyasını davam etdirir.

Sportal.az saytına verilən məlumata görə, təcrübəli qolkiperin komandaya noyabrın əvvəlində yüngül məşqlərə başlayacağı gözlənilir.

Məhz bundan sonrakı proses onun kollektivə qoşulmasıdır. Bu isə onun bərpa prosesindən asılı olacaq.

Qeyd edək ki, Şahruddin Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə matçından əvvəl məşqdə zədələnmişdi. 
 

Xəbər xətti