"Qarabağ"dan ayrılan Hamidu Keytanın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, fransalı vinger karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
29 yaşlı futbolçu "Konyaspor"a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Keyta Konya təmsilçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.
saytlarin hazirlanmasi