“Qarabağ” və Əlcəzair milli komandasının yarımmüdafiəçisi Yassin Benzia Afrika Millətlər Kubokunun seçmə mərhələsində Liberiya yığması üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Sportal.az “Fennec Football”a istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu milli komandasının uğurlu nəticəsi haqda bunları deyib:
"Çətin hava şəraitinə baxmayaraq, ilk hissəni çox yaxşı keçirdik. Amma ən önəmlisi 3 xaldır. Biz məşqçinin göstərişlərinə əməl etdik, onun bizdən hansı oyun oynamağımızı istədiyini anlamağa başlayırıq. Növbəti matçlara hazırlaşmaq üçün vaxtımız var".
Qeyd edək ki, Benzia Liberiya ilə görüşdə 77 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi