“Qarabağ” bu gün “Tottenhem”lə Avropa Liqasının əsas mərhələsinin 1-ci turunun oyunu üçün İngiltərəyə yollanacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi çarter reysi ilə saat 17:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Londona uçacaq.
Sabah isə saat 21:30-da Qurban Qurbanovun mətbuat konfransı keçirəcək və yarım saatdan sonra “Qarabağ”ın yekun məşqi başlayacaq. Azərbaycan çempionu matçdan dərhal sonra Bakıya qayıdacaq.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu sentyabrın 26-da Londondakı “Tottenhem Hotspur” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
saytlarin hazirlanmasi