“Qarabağ”ın UEFA Avropa Liqasının I turunda İngiltərənin “Tottenhem” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.
Sportal.az AFFA-ya istinadən xəbər verir ki, UEFA sentyabrın 26-da Londonda təşkil olunacaq görüşü Fransadan olan hakimlər briqadasına həvalə edib:
26 sentyabr
"Tottenhem" - "Qarabağ"
Tottenhem stadionu. Saat 23:00
Baş hakim: Willy Delajod
Baş hakimin köməkçiləri: Erwan Finjean, Philippe Jeanne
Dördüncü hakim: Thomas Leonard
VAR: Benoît Millot
(Hamısı Fransa)
AVAR: Alan Kijas (Avstriya)
Hakim-inspektor: Lucílio Cardoso Cortez Batista (Portuqaliya)
UEFA nümayəndəsi: Knut Bjørn Nordheim (Norveç)