"Çelsi"nin futbolçusu Kristofer Nkunku qışda komandadan ayrıla bilər.
Sportal.az xəbər verir ki, fransalı vinger az oynamasından narazıdır. Bu barədə "L'equipe" nəşri məlumat yayıb.
"Mançester Yunayted" 26 yaşlı ön xətt oyunçusu ilə yaxından maraqlanır. "Qırmızı şeytanlar" Nkunku üçün yanvar ayında "Çelsi"yə təklif göndərəcək.
PSJ də London təmsilçisinin futbolçusunu transfer etmək istəyir.
Qeyd edək ki, Fransa millisinin üzvü olan Kristofer Nkunku bu mövsüm "Çelsi"nin heyətində meydana çıxdığı 17 rəsmi matçda 10 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi