"Barselona" və "Liverpul"un futbolçuları millinin düşərgəsini tərk etdi

13:30 - 18 Noyabr 2024

UEFA Millətlər Liqasının 6-cı turunda Bosniya və Herseqovina ilə qarşılaşacaq Niderland milli komandasının heyətində ciddi itkilər baş verib.

Sportal.az xəbər verir ki, kapitan Vircil van Dayk və yarımmüdafiəçi Frenki de Yonq sıradan çıxıb. Bu barədə yerli federasiyasının mətbuat xidməti məlumat yayıb.

"Liverpul" və "Barselona"nın futbolçuları 5-ci turun Macarıstanla matçında (4:0) zədələnib. Hər iki oyunçu yığmanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Bosniya və Herseqovina - Niderland görüşü sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Xəbər xətti