"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur ağır cəzaya məruz qalıb.
Sportal.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası uruqvaylı futbolçuya 7 oyunluq cəza verib.
Bentankur ölkəsində televiziyaya verdiyi müsahibədə cənubi koreyalı komanda yoldaşı Son Hın Min haqda danışarkən "koreyalılar hamısı bir-birinə bənzəyir" deyib. Federasiya onun bu sözlərini irqçilik hesab edib. 27 yaşlı dayaq yarımmüdafiəçisi həmçinin, 100 min funt-sterlinq məbləğində cərimələnib.
Bentankur etdiyi zarafata görə Son Hın Mindən üzr istəyib. Ona verilən cəza yalnız İngiltərədəki turnirlər üçün keçərlidir. Futbolçu Avropa Liqası oyunlarında "Tottenhem"ə kömək edə biləcək.
saytlarin hazirlanmasi