"Tottenhem"in futbolçusu Son Hın Min mövsümün sonunda İngiltərədə klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" cənubi koreyalı vingeri heyətinə qatmaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Qırımızı şeytanlar" gələn ilin yayında London klubu ilə müqaviləsi başa çatan və azad agent statusunda olan ulduz futbolçunu pulsuz heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, "Tottenhem" Son Hın Mini 2015-ci ilin yayında "Bayer"dən transfer edib. 32 yaşlı ön xətt oyunçusu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi