Renat Dadaşov Azərbaycan klubunda oynamağa yaxındır

15:22 - 6 Dekabr 2024

"Ankaragücü" və Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Misli Premyer Liqasında oynaya bilər.

Sportal.az saytına verilən məlumata görə, o, artıq bununla bağlı təkliflər alıb. 

Futbolçunun meneceri hazırda Misli Premyer Liqasından gələn təklifləri Dadaşovla müzakirəyə başlayıb.

25 yaşlı forvard özü buna razı olmalıdır. Türkiyə klubu ilə 2026-cı ilin yayına kimi mövcud müqaviləsinə baxmayaraq, Dadaşov bu mövsümün sonunda karyerasını Azərbaycanda davam etdirməyi düşünə bilər.
 

Xəbər xətti