"Ankaragücü"də çıxış edən Renat Dadaşov zədəsini sağaldıb.
Sportal.az xəbər verir ki, bir müddət öncə əməliyyat olunan millimizin üzvü bərpa prosesini başa vurub.
25 yaşlı forvard artıq məşqlərə başlayıb. Renat kollektivlə birlikdə hazırlıq prosesində iştirak edib.
Qeyd edək ki, Renat Dadaşov mövsümün əvvəlindən "Ankaragücü"də çıxış edir. Azərbaycanlı hücumçu I Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi