MLS-də ilin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "İnter Mayami"də çıxış edən Lionel Messi ilin ən yaxşısı seçilib. Bu barədə turnirin mıtbuat xidməti məlumat yayıb.
37 yaşlı vinger ən yaxşı oyunçuya verilən "2024 Landon Donovan" mükafatının sahibi olub.
Qeyd edək ki, Lionel Messi ötən ilin yayından "İnter Mayami"də çıxış edir. Argentinalı futbolçu ABŞ təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 34 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi