Türkiyənin "Fənərbaxça" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Cenoa"da çıxış edən Yohan Vaskesi transfer etmək istəyir. Bu barədə "Sport Mediaset" məlumat yayıb.
"Fənərbaxça" meksikalı mərkəz müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Cenoa" Yohan Vaskesi 2021-ci ildə "UNAM Pumas"dan transfer edib. Meksika millisinin üzvü olan 26 yaşlı futbolçu bu mövsüm A Seriyası təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi