AFFA rəsmisi "Trabzonspor"un oyununa təyinat aldı

11:59 - 7 Dekabr 2024

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Sportal.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun III mərhələsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Sarayevo” (Bosniya və Herseqovina) oyununun UEFA nümayəndəsi olacaq. Trabzon şəhərində yerləşən Şenol Güneş İdman Kompleksi stadionunda təşkil olunacaq cavab görüşü dekabrın 11-də baş tutacaq.

“Trabzonspor” – “Sarayevo” matçını belaruslu baş hakim Amine Kourgheli idarə edəcək. Bosniya və Herseqovinada keçirilən ilk oyun 2:2 hesabı ilə yekunlaşıb.

Xəbər xətti