"Mançester Yunayted"in yarımmüdafiəçisi Tobi Kolyer Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Lester Siti" ingiltərəli futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.
"Tülkülər"in baş məşqçisi Ruud van Nistelrooy 20 yaşlı dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır. "Lester Siti" gənc oyunçunu yanvar ayında icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, "Mançester Yunayted" Tobi Koyleri 2022-ci ilin mart ayında "Brayton" akademiyasından transfer edib. İngiltərə U-17 millisinin üzvü bu mövsüm Premyer Liqada 1 matçda meydana çıxıb.
saytlarin hazirlanmasi