Yüksək Liqa: Mərkəzi oyunda heç-heçə

19:06 - 7 Dekabr 2024

Bu gün futzal üzrə Yüksək Liqada II dövrəyə start verilib.

Sportal.az xəbər verir ki, VI turun açılış oyununda son çempion hazırkı liderlə üz-üzə gəlib. Gərgin keçən matçda hesabı “Araz-Naxçıvan” açıb. Amma lider sonrakı dəqiqələrdə nominal meydan sahiblərini 2 dəfə meydanın mərkəzinə dəvət edib.

Teymur Eyvazovun yetirmələri bu üstünlüyünü sona qədər qoruya bilməyib. Belə ki, növbəti dəqiqələrdə qapıçını meydan oyunçusu ilə əvəzləyən Rayiç bunun bəhrəsini görüb və Giovanni status-kvonu bərpa edib.

Liderin xal itkisindən “Neftçi” İK faydalanıb. İlkin Hacıyevin drujinası debütantdan üstün olub.

Turun son görüşündə isə 3 xalı U-19 bayram edib. İlqar Aslanovun yetirmələri ilk dövrədə olduğu kimi, bu dəfə də “Yasamal Bakı”nı məğlub edib.

Araz-Naxçıvan – Baku Fire 2:2

Neftçi İK – Şuşa 4:0

Yasamal Bakı – U-19 3:6

Xəbər xətti