Emreli "Nürnberq"in istəyindən danışdı: "Yaxşı tətil keçirmək üçün çoxlu xal toplamaq lazımdır"

15:22 - 10 Dekabr 2024

Almaniyanın “Nürnberq” klubunun azərbaycanlı hücumçusu Mahir Emreli ikinci Bundesliqasında bu il qalan oyunlarda hədəfləri ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “Bild”ə danışan Emreli iki çətin oyuna baxmayaraq, qalibiyyət haqda düşündüklərini deyib:

"Həqiqətən yaxşı tətil keçirmək üçün çoxlu xal toplamaq lazımdır. Qalan görüşlərdə iki qələbə qazanmaq istəyirik. Bunun üçün mübarizə aparmalıyıq”.

“Nürnberq”in növbəti oyunu səfərdə “Köln”lə (15 dekabr), ilin son oyunu isə evdə “Ayntraxt”a(Braunşveyq)(21 dekabr) qarşı olacaq.

Hazırda Emrelinin komandası 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Xəbər xətti