"Yuventus" "Portu"dan icarəyə götürdüyü Fransisko Konseyçao ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi portuqaliyalı vingeri birdəfəlik transfer etmək istəyir. Bu barədə klubun idman direktoru Kristiano Cuntoli məlumay verib.
Klub rəsmisi yüz faiz 21 yaşlı ön xətt oyunçusunun transfer hüququna yiələnəcəklərini bildirib. Gənc futbolçu özü də komandada qalmaq arzusundadır.
Qeyd edək ki, "Yuventus" Fransisko Konseyçaonu mövsümün əvvəlində icarəyə götürüb. Portuqaliya millisinin üzvü "ağ-qaralar"ın ehyətində meydana çıxdığı 15 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi