Azərbaycan milli komandasının futbolçusu Ozancan Kökçünün formasını geyindiyi Finlandiyanın “Helsinki” klubu Konfrans Liqasının əsas mərhələsinin 5-ci turunun matçında Norveçin “Molde” komandası ilə qarşılaşıb.
Sportal.az xəbər verir ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.
Meydana start heyətində çıxan Kökçü 79-cu dəqiqədə hesab 1:2 olarkən əvəzlənib. Hazırda “Helsinki” 4 xalla ümumi cədvəlin 29-cu pilləsində qərarlaşıb.