Azərbaycan millisinin müdafiəçisi qərarını verdi - qışda bu addımı atacaq

17:49 - 15 Dekabr 2024

Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyev qışda Albaniyanı tərk etməyəcək.

Sportal.az saytına verilən məlumata görə, “Eqnatiya”da forma geyinən müdafiəçiyə bir çox ölkə klublarından təklif gəlsə də, o, komandanı qışda tərk etmək istəmir.

Belə ki, Rumıniya, Rusiya, Ukrayna, Portuqaliya komandalarının transfer siyahısında yer alan Zamiq qışda da “Eqnatiya”da qalacaq. Mövsümün sonunda isə onu istəyəcək klub “Eqnatiya”ya təzminat ödəyəcəyi təqdirdə, millimizin üzvünü transfer edə biləcək.

23 yaşlı müdafiəçi 2024-cü il iyulun 1-də “Eqnatiya” ilə üç illik müqavilə imzalayıb.
 

Xəbər xətti