“River Pleyt” “Lion” və Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko ilə maraqlanır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, Fransa klubu maliyyə problemi yaşadığı üçün futbolçu ilə bağlı təklifi nəzərdən keçirməyə hazırdır.
Talyafikonun xanımı bu yaxınlarda evlərində iki dəfə oğurluq olduğundan Lionu tərk etdiyini bildirmişdi.
Xatırladaq ki, 32 yaşlı sol cinah müdafiəçisi 2022-ci ilin iyulunda “Ayaks”dan “Lion”a keçmişdi.
Onun müqavilə müddəti 2025-ci ilin iyununa qədərdir. Talyafikonun transfer qiyməti 7 milyon avrodur. O, Argentina millisinin heyətində 2022-ci ildə dünya çempionu olub.