Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı milli komanda baş məşqçisini açıqlayıb.
Sportal.az xəbər verir ki, İspaniya yığması ilə Avropa çempionu olmuş Luis De La Fuente ilin ən yaxşısı seçilib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
274 xal toplayan 63 yaşlı mütəxəssis bütün rəqiblərini qabaqlamağı bacarıb.
Argentina yığmasının baş məşqçisi Lionel Skaloni 148 xalla 2-ci olub. Fransa millisinə rəhbərlik edən Didye Deşam isə 3-cü yeri tutub.
saytlarin hazirlanmasi