Kannavaro Xorvatiya klubunu çalışdıracaq - RƏSMİ

19:35 - 30 Dekabr 2024

Xorvatiyanın "Dinamo" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisini Fabio Kannavaro çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtalyan mütəxəssislə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib. 51 yaşlı məşqçi 3 yanvar tarixində işə başlayacaq.

Qeyd edək ki, Fabio Kannavaronun son iş yeri "Udineze" olub. O, "Dinamo"nun baş məşqçisi postunda Nenad Byelitsanı əvəz edib.

Xəbər xətti