"Çelsi"nin futbolçusu Koul Palmer karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "El Nacional" televiziyası məlumat yayıb.
PSJ Palmer üçün "Çelsi"yə cəlbedici təklif göndərməyi planlaşdırır. Belə ki, parislilər 22 yaşlı ön xətt oyunçusu üçün 200 milyon avroluq təklif hazırlayır.
Qeyd edək ki, "Çelsi" Koul Palmeri 2023-cü ilin sentyabr ayında "Mançester Siti"dən 47 milyon avro qarşılığında transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2033-cü ilin iyun ayına kimidir.
saytlarin hazirlanmasi