AFFA azarkeşlərinə görə "Turan Tovuz"u cərimələdi

13:51 - 23 Yanvar 2025

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

İclasda aşağıdakı qərarlar qəbul olunub:

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” komandası 800 manat cərimə edilir (maddə 52.1);

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” komandası 1000 manat cərimə edilir (maddə 43.7);

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Neftçi” – “Sabah” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 800 manat cərimə edilir (maddə 51.2);

Xəbər xətti