"Nürnberq" Mahirin yoxluğunda "Şalke"yə uduzdu

19:50 - 25 Yanvar 2025

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 19-cu turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" səfərdə "Şalke"nin qonağı olub. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir mreli bu matçın iştirakçısı olmayıb. 27 yaşlı forvard cəzalı durumda olduğu üçün oyunu buraxmalı olub.

Qeyd edək ki, 19 turdan sonra aktivsində 25 xal olan "Nürnberq" turnir cədvəlinin 12-cü pilləsində qərarlaşıb.

Xəbər xətti