İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, sağ cinah müdafiəçisi Emerson Royal Çempionlar Liqası Liqa fazasının 7-ci turunun "Jirona" ilə matçında (1:0) zədələnib. Ayaq əzələsindən zədə alan braziliyalı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Bu zədə futbolçunun "Qalatasaray"a transferinə təsir edib. "Milan" Emersonun keçidi ilə bağlı İstanbul klubu ilə anlaşmışdı. Futbolçu uzun müddətlik sıradan çıxdığı üçün "Qalatasaray" onu transfer etməkdən daşınıb.
saytlarin hazirlanmasi