İtaliyanın "Roma" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Ayaks"dan Devyn Renşi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Roma" niderlandlı sağ cinah müdafiəçisi üçün "Ayaks"a 6 milyon avro tozminat ödəyib. 22 yaşlı futbolçu ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Devyn Renş "Ayaks"ın yetirməsidir. Niderland millisinin üzvü bu mövsüm Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi