"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi, hazırda Rumıniyanın "UTA Arad" klubunun çalışdırıcısı Mirça Rednik Avropa Liqasının əsas mərhələsinin 7-ci turunun Bakıda keçiriləcək “Qarabağ” - FKSB oyunu ilə bağlı fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "sport.ro"ya açıqlama verən Rednik tərəflərin şanslarını dəyərləndirib:
"Vəziyyətimiz bəllidir, itirəcək heç nəyimiz yoxdur, bizə yalnız qələbə lazımdır. “Qarabağ”ın çox keyfiyyətli və yaxşı komandadır. Onlar ölkənin ən güclüsüdür. FKSB-nin diqqətini ona yönəltmək istərdim ki, onlar “Qarabağ”ın Azərbaycan üçün nə demək olduğunu başa düşsünlər. Odur ki, çox da arxayınlaşmayın. Gigi Bekali nə etmək lazım olduğunu bilir".
"Qarabağ" - FKSB görüşü yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və matça 21:45-də start veriləcək.
saytlarin hazirlanmasi