İstanbul klublarının transfer yarışında "Fənərbaxça" qalib oldu

20:49 - 20 Yanvar 2025

"Aston Villa"nın müdafiəçisi Dieqo Karlos karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" braziliyalı futbolçunun keçidini həll edib. Bu barədə yerli mətbuat məlumat yayıb.

Karlosu "Qalatasaray" da heyətinə qatmaq istəyirdi. "Sarı-qırmızılar"ın əzəli rəqibin "Fənərbxça" transfer yarışında qalib olmağı bacarıb.

31 yaşlı mərkəz müdafiəçisi bu gecə İstanbulda olacaq. Tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. "Fənərbaxça" təcrübəli oyunçu üçün İngiltərə klubuna11 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Aston Villa" Dieqo Karlosu 2022-ci ilin yayında "Sevilya"da transfer edib. Futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 17 rəsmi matçda iştirak edib.

Xəbər xətti