Transfer çalışmalarını davam etdirən "Kəpəz" növbəti keçidi rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb. 24 yaşlı futbolçu ilə “6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.
Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.
Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.
saytlarin hazirlanmasi