Türkiyəni tərk etdi, İspaniya klubu ilə anlaşdı

17:46 - 16 Yanvar 2025

"Trabzonspor"dan ayrılan Enis Bardi İspaniyaya yollanıb.

Sportal.az xəbər verir ki, o, "Valyadolid"lə anlaşıb.

Bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi artıq yeni komandasına qoşulub. O, 2026-cı il iyunun 30-na qədər İspaniya klubuna məxsus olacaq.

"Valyadolid” İspaniya Primerosunda 15 xalla turnir cədvəlinin 19-cu sırasında qərarlaşıb.

Şimali Makedoniya millisinin üzvü "Uypeşt", "Levante" klublarında da çıxış etmişdi.

Xəbər xətti