İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi İniqo Martines sıradan çıxıb.
İspan futbolçu Super Kubok finalının "Real"la matçında (5:2) zədələnib. 33 yaşlı mərkəz müdafiəçisi 5-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, İniqo Martines bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə meydana çıxdığı 27 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi