"Valensiya" yeni stadionunun tikintisini bərpa edib.
Sportal.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Nou Mestalya" stadionunun açılışı 2027-ci ilin yayına planlaşdırılıb. Bu layihəni reallaşdırmaq üçün İspaniya klubu 2022-ci il dünya çempionatında üç stadion dizayn edən “Fenwick Iribarren Architects” şirkəti ilə əməkdaşlıq edir.
Klub həmçinin “Wanda Metropolitano” stadionu (“Atletiko”) və “Kornella-El Prat” stadionu (“Espanyol”) kimi böyük idman obyektlərinin tikintisi ilə məşğul olan "FCC Construcción" şirkətini işə cəlb edib.
"FCC Construcción" "Nou Mestalya"nın tikintisinə cavabdeh olacaq.
Yeni arena 70,044 tamaşaçı tutumuna malik olacaq və FİFA və UEFA-nın bayrağı altında ən yüksək səviyyəli oyunları, eləcə də irimiqyaslı tədbirləri qəbul etməyə qadir müasir stadiona çevriləcək.
saytlarin hazirlanmasi