Keçmiş hücumçu Robin van Persinin oğlu Şakil van Persi ilk peşəkar müqaviləsinə imza atıb.
Sportal.az xəbər verir ki, "Feyenoord" 18 yaşlı hücumçu ilə sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Niderland U-17 millisində oynamış forvard 2028-ci ilin yayına kimi Roterdam təmsilçisinə məxsus olacaq.
Qeyd edək ki, Şakil van Persi "Feyenoord"un U-19 komandasının üzvüdür.
saytlarin hazirlanmasi