Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin ilk turunun oyunları davam edir.
Sportal.az xəbər verir ki, bu gün C qrupunda "Eyüpspor" öz meydanında I Liqa təmsilçisi "Boluspor"u qəbul edib. Qarşılaşma Arda Turanın rəhbərlik etdiyi kollektivin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Eyüpspor"un qələbə qolunu matçın 70-ci dəqiqəsində Ahmed Kutucu vurub.
"Boluspor"da çıxış edən Azərbaycanlı futbolçu Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi