"Aston Villa"nın müdafiəçisi Dieqo Karlos karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" braziliyalı futbolçunu transfer etməyi planlaşdırır. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
İstanbul klubu 31 yaşlı mərkəz müdafiəçisi üçün "Aston Villa" ilə danışıqlara başlayıb. "Fənərbaxça" təcrübəli oyunçu üçün İngiltərə klubuna 12 milyon avroluq rəsmi təklif göndərəcək.
Qeyd edək ki, "Aston Villa" Dieqo Karlosu 2022-ci ilin yayında "Sevilya"dan transfer edib. Braziliya millisinə də dəvət almış futbolçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi